Ronaldodan yeni anti-rekord

 09:49 07.12.2022     320

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo Qətərdə keçirilən dünya çempionatında ən çox oyundankənar vəziyyətə düşən futbolçudur.

Redaktor.az xəbər verir ki, 37 yaşlı hücumçu hazırkı mundialda 7 dəfə belə halla üzləşib.

Təcrübəli forvard son olaraq İsveçrəni 6:1 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin matçında uğursuzluqla üzləşib. Ronaldo 83-cü dəqiqədə topu qapıdan keçirsə də, qol hesaba alınmayıb.

Bu göstəriciyə görə İspaniya yığmasının futbolçusu Alvaro Morata ikinci sıradadır. 30 yaşlı hücumçu 5 dəfə ofsayda düşüb. "Buğalar" 1/8 finalda əsas və əlavə vaxtı qolsuz bərabərliklə bitən qarşılaşmanın penaltilər seriyasında Mərakeşə uduzaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, Portuqaliya 1/4 finalda Mərakeşlə üz-üzə gələcək.