Ronaldo Dünya çempionatını yarımçıq qoymaq istəyib

 15:17 08.12.2022     427

Portuqaliya Futbol Federasiyası (FPF) Kriştianu Ronaldonun Qətərdəki dünya çempionatı zamanı millinin düşərgəsini tərk etmək istəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Redaktor.az  xəbər verir ki, FPF 37 yaşlı hücumçunun yığmanı bu mövzu ilə bağlı hədələmədiyini bəyan edib.

Federasiya Ronaldonun millidə nailiyyətlər əldə etdiyini və komandaya çox bağlı olduğunu diqqətə çatdırıb.

Portuqaliya yığmasının İsveçrə üzərində 6:1 hesablı qələbə qazandığı qarşılaşmaya ehtiyatdan başlayan Ronaldu 74-cü dəqiqədə əvəzetmədən meydana daxil olub.

Qeyd edək ki, Portuqaliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 10-da Mərakeşlə qarşılaşacaq (report).

***

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Qətərdəki dünya çempionatında iştirak edən komandasının düşərgəsini tərk etmək istəyib.

Redaktor.az xəbər verir ki, 37 yaşlı hücumçu 1/8 final mərhələsində İsveçrə ilə keçirilən oyunun start heyətində yer almayacağını öyrənəndə bu addımı atmaq qərarına gəlib.

Baş məşqçi Fernandu Santuşun qərarına qəzəblənən kapitan əşyalarını yığaraq məskunlaşdıqları məkandan ayrılmağa hazırlaşıb. Lakin yığmada yenidən aparıcı oyunçu olacağına inanan ulduz futbolçu sonradan fikrini dəyişib.