İspaniyanın yeni baş məşqçisi AÇIQLANDI
Xəbər verdiyimiz kimi, İspaniya Futbol Federasiyası (RFEF) yığmanın baş məşqçisi Luis Enrike ilə yollarını ayırıb.
Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, sözügedən qurum yeni baş məşqçinin kimliyini açıqlayıb.
Məlumata görə, yeni baş məşqçi 2013-2018-ci illərdə İspaniyanın U19, 2018-2022-ci illərdə isə İspaniyanın U21 komandaları çalışdıran Luis De La Fuente olub.
Xatırladaq ki, Luis Enrikenin baş məşqçisi olduğu İspaniya millisi DÇ-2022-nin 1/8 final mərhələsində Mərakeş millisinə penaltilər seriyasında uduzaraq turniri tərk edib.
Qrupdakı ilk oyununda Kosta Rikanı 7-0 hesabı ilə məğlub edən "Buğalar" Almaniya ilə oyundan bərabər hsabla ayrılsa da, Yaponiyaya 2-1 hesabı ilə boyun əyib.
Nərmin VÜQARQIZI












