Xorvatiya penaltilərlə Braziliyanı məğlub etdi - DÇ-2022 - YENİLƏNİB

 21:50 09.12.2022     904

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Redaktor.az xəbər verir ki, Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdırıb.

90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub – 1:1.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Xorvatiya yığması adını yarımfinala yazdırıb. Avropalılar 1/8 finalda da Yaponiyanı penaltilər seriyası ilə üstələyib.

Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Niderland - Argentina cütünün qalibi olacaq. Yarımfinal matçı dekabrın 13-də keçiriləcək.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt başa çatıb.

Redaktor.az xəbər verir ki, burada da hesab (1:1) dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunacaq.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda 2-ci qol vurulub.

“Report”un məlumatına görə, 117-ci dəqiqədə fərqlənən Bruno Petkoviç Avropa təmsilçisinin heyətində fərqlənərək, hesabı bərabərləşdirib.

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda hesab açılıb.

Redaktor.az xəbər verir ki, 105+1-ci dəqiqədə Neymar Cənubi Amerika təmsilçisini önə keçirib - 1:0.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt oynanılacaq.

Redaktor.az xəbər verir ki, buna səbəb görüşün əsas vaxtında qalibin müəyyənləşməməsidir - 0:0.

Qolsuz bərabərə qalan kollektivlər yarımfinala vəsiqə uğrunda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda 2-ci hissə başlayıb.

Redaktor.az xəbər verir ki, ilk yarıdan sonra hesab açılmayıb - 0:0.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda ilk hissə başa çatıb.

Redaktor.az xəbər verir ki, komandalar fasiləyə 0:0 hesablı heç-heçə ilə yollanıblar.

***

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Xorvatiya yığmaları arasında 1/4 final mərhələsinin oyunu başlayıb.

Redaktor.az xəbər verir ki,qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində üz-üzə gələcək Xorvatiya və Braziliya yığmalarının start heyətləri bəlli olub.

Redaktor.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Xorvatiya: 1.Livakoviç, 22. Yuranoviç, 6. Lovren, 20. Qvardiol, 19. Sosa, 11. Brozoviç, 8. Kovaçiç, 10. Modriç, 4. Pasaliç, 9. Perisiç, 15. Kramariç

Braziliya: 1. Alisson Bekker, 14. Eder Militao, 3. Tiaqo Silva, 4. Markinyos, 2. Danilo, 5. Kazemiro, 10. Neymar, 7. Lukas Paketa, 9. Rişarlison, 11. Rafinya, 20. Vinisius Junior.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.