Bu gün DÇ-2022-nin 1/4 finalında daha iki oyun keçiriləcək

 09:35 10.12.2022     519

Bu gün Qətərdə təşkil olunan futbol üzrə Dünya Çempionatında 1/4 final mərhələsind daha iki iki oyun keçiriləcək.

Redaktor.az xəbər verir ki, günün ilk matçında Portuqaliya millisi Mərakeşi sınağa çəkəcək. “Əl Tumama” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.

Digər oyunda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. “Əl Bayt” stadionunda reallaşacaq görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq.

Futbol mütəxəssisləri bu gün oynanılacaq İngiltərə-Fransa matçını erkən final da adlandırırlar.

Xatırladaq ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da baş tutub. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək yarımfinala yüksəlib.