"Messi dünyada bu ötürməni ata biləcək yeganə insandır"

 10:44 10.12.2022     409

Argentina millisinin kapitanı Lionel Messinin Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində Niderlandla oyunda etdiyi möhtəşəm assist müzakirələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, Nahuel Molinanın 35-ci dəqiqədə vurduğu qolun məhsuldar ötürməsini verən argentinalı futbolçunun ünvanına tərif yağdıranlardan biri də məşhur holland futbolçu Rafael van der Vaartdır.

O, argentinalının assistini "Messi dünyada bu ötürməni ata biləcək yeganə insandır" - deyə qiymətləndirib.

Qeyd edək ki, Niderland-Argentina matçı Cənubi amerikalıların 2:2 (4:3 penalti) hesablı qələbəsi ilə başa çatıb. Argentina yarımfinalda Xorvatiya yığması ilə üz-üzə gələcək. Matç dekabrın 13-də baş tutacaq.

Turan İSMAYIL