Azərbaycan Kubokunda REKORD

 11:45 10.12.2022     260

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunlarında 13 qol vurulub.

Redaktor.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, son 6 mövsümün rekordudur.

1/4 finalın ilk matçlarında daha çox qolun qeydə alınması sonuncu dəfə 2016/2017 mövsümünə təsadüf olunub. Həmin vaxt 4 görüşdə 14 qol vurulub.

Bu qarşılaşmalar üçün mütləq rekord 2006/2007 mövsümündə gerçəkləşib. 1/4 finalın 2007-ci ildə baş tutan ilk oyunlarında 17 qol qeydə alınıb.

Xatırladaq ki, ötən mövsüm bu rəqəm 8-ə bərabər olub.