Mərakeşin qələbəsi Ronaldonu ağlatdı - FOTO

 21:32 10.12.2022     441

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatında Mərakeşə 0:1 hesabı ilə uduzduqları 1/4 final oyunundan sonra ağlayıb.

Redaktor.az xəbər verir ki, yarımfinala çıxa bilmədikləri üçün məyus olan 37 yaşlı hücumçu göz yaşlarını saxlaya bilməyib.

Bu, təcrübəli forvardın peşəkar karyerasında sayca 5-ci mundial olub.

Qeyd edək ki, qarşılaşmada yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub. Mərakeş yarımfinalda İngiltərə - Fransa cütünün qalibi ilə qarşılaşacaq.

 

 

2
Vumart və Güvən reklamı Vumart Güvən