“Argentinalı hakim Portuqaliyanın oyununu idarə etməli deyildi” - Pepe

 00:02 11.12.2022     301

Portuqaliya millisinin müdafiəçisi Pepe Mərakeşlə oyundan dərhal sonra verdiyi açıqlamada hakimləri sərt tənqid edib.

Redaktor.az xəbər verir ki, futbolçu dünən baş verənlərdən sonra (Niderland – Argentina oyununu nəzərdə tutur) argentinalı hakimin Portuqaliyanın oyununu idarə etməməli olduğunu deyib.  

“Çempionatı tərk etdiyim üçün kədərliyəm, çünki bu Dünya Kubokunu qazanmaq imkanımız var idi. Əlimdə olan hər şeyə mərc edə bilərəm ki, Argentina çempion olacaq. Argentinalı hakimin bu gün etdiklərinə görə deyirəm. Bu gün meydanda olan 9 hakimdən beşi argentinalı idi...Başqa nə deyə bilərəm? Görək sonda kim qalib gələcək”, - 39 yaşlı təcrübəli futbolçu qeyd edib.

Qeyd edək ki, ötən gün 1/4 final mərhələsində Argentina yığması Niderland millisinə qalib gəlmişdi 2:2 (pen. 4:3)

Vumart və Güvən reklamı Vumart Güvən