Messi DÇ-2022-nin ən yaxşısıdır

 13:38 11.12.2022     234

Argentina millisinin kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçusudur.

Redaktor.az xəbər verir ki, 35 yaşlı hücumçu dünyaca məşhur "Goal.com" saytının versiyasına əsasən, 1/4 final mərhələsinin oyunlarından sonra bu ada layiq görülüb. Hazırda onun aktivində 4 qol və 2 məhsuldar ötürmə var.

İkinci sırada Fransa yığmasından Kilian Mbappe yer alıb. İlk "3-lüy"ü "xoruzlar"ın digər forvardı Antuan Qrizmann tamamlayr.

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu isə siyahıya düşməyib.

DÇ-2022-də ən yaxşı futbolçuların "Top-10"luğu belədir:

1. Lionel Messi (Argentina)

2. Kilian Mbappe (Fransa)

3. Antuan Qrizmann (Fransa)

4. Dominik Livakoviç (Xorvatiya)

5. Əşrəf Həkimi (Mərakeş)

6. Brunu Fernandeş (Portuqaliya)

7. Sofyan Amrabat (Mərakeş)

8. Rişarlison (Braziliya)

9. Kodi Qakpo (Niderland)

10. Cud Bellingem (İngiltərə)

Qeyd edək ki, DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiya Argentina ilə, Mərakeş isə Fransa ilə qarşılaşacaq.