Olimpiya çempionu təyyarə qəzasından sağ çıxdı

 19:57 12.12.2022     408

Keniyalı atlet, 800 metr məsafəyə qaçış üzrə ikiqat olimpiya çempionu David Rudişa təyyarə qəzasından sağ çıxıb.

Redaktor.az "Nation" portalına istinadən məlumatına görə, hadisə Kaciado bölgəsində baş verib.

İçərisində 5 nəfərin olduğu yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində ölən olmayıb. Keniya Atletika İcraiyyə Komitəsinin üzvü Barnaba Korir yaralı sərnişinlərin xəstəxanaya aparıldığını bildirib.

Qeyd edək ki, David Rudişa London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarının qalibidir. 34 yaşlı idmançı 800 metr məsafə üzrə dünya rekorduna sahibdir. O, həm də ikiqat dünya çempionudur.

Vumart və Güvən reklamı Vumart Güvən