İlk finalçı kim olacaq? - Argentina Xorvatiyaya qarşı

 09:05 13.12.2022     195

Bu gün Qətərdə təşkil olunan dünya çempionatında yarımfinal mərhələsinə start veriləcək. 

Redaktor.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

İlk finalçı Argentina – Xorvatiya matçında müəyyənləşəcək. 

Sabah keçiriləcək ikinci yarımfinal görüşündə Fransa və Mərakeş yığmaları üz-üzə gələcəklər.

Dünya çempionatı
Yarımfinal
13 dekabr

23:00. Argentina - Xorvatiya
Baş hakim: Daniele Orsato (İtaliya).
“Lusail” stadionu.