Tanrı kimin tərəfində olacaq: Messi, yoxsa Modriçin?

 11:00 13.12.2022     424

İki məşhur Ballon d'Or mükafatını qazanan 10 nömrə və iki kapitan - PSJ-nin hücumçusu Lionel Messi və Real Madridin yarımmüdafiəçisi Luka Modriç kariyeralarını tamamlamadan futbolun zirvəsinə çatmaq və Dünya Kubokunu qaldırmaq üçün son şans yaranıb. 

Redaktor.az-ın məlumatına görə, bu axşam argentinalı L. Messi və xorvatiyalı L. Modriç Dünya Kubokunun final mərhələsi uğrunda mübarizə aparacaq. 

Ehtimallara görə, bu həftə sonu final və ya üçüncü yer üçün pley-off mərhələsi onların Dünya Kuboku karyeralarının bitdiyi yer olacaq. 

Xatırladaq ki, bu futbolçular son iki Dünya Kubokunun finalında uduzan tərəf olub. 2014-cü ildə Messinin rəhbərlik etdiyi Argentina Mario Götzenin əlavə vaxtda vurduğu qolla Almaniyaya 1:0 hesabı ilə uduzub. Dörd il əvvəl isə Modriçin kapitanlıqk etdiyi Xorvatiya isə Fransaya 4:2 hesabı ilə məğlub olaraq Xorvatoyaya gümüş medalla qayıdıb. 

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən