Messidən daha bir rekord

Lionel Messi Argentina millisinin dünya çempionatlarında ən sərrast futbolçusu olub.
Redaktor.az xəbər verir ki, Qətərdəki mundialda Xorvatiyaya qarşı keçirdikləri yarımfinal oyununda fərqlənən hücumçu ümumilikdə 11-ci qolunu vurub.
Messi bu göstərici ilə yığmanın keçmiş üzvü Qabriel Batistutanı geridə qoyub.
Qeyd edək ki, Argentina - Xorvatiya matçı cənubi amerikalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Argentina millisi beləliklə dünya çampionatının finalına vəsiqə qazanıb.
Onu da qeyd edək ki, Lionel Messi bu çempionatın sərrast futbolçusudur. Onun aktivində 5 qol, 3 məhsuldar ötürmə var.
T.İSMAYIL