Messi dünya çempionatlarının tarixinə düşdü

 08:01 14.12.2022     435

Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatlarının tarixinə düşüb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, o, bir mundialda 3 matçda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalan ilk futbolçu olub.

Təcrübəli forvard bu uğura Meksika ilə qrup oyununda (2:0), Niderlandla 1/4 final matçında (2:2, penaltilər seriyasında 4:3) və Xorvatiya ilə yarımfinal qarşılaşmasında (3:0) imza atıb.

Messi həmçinin Argentina millisinin dünya çempionatlarında ən sərrast futbolçusu olub. Belə ki, Xorvatiyaya qarşı keçirdikləri yarımfinal oyununda fərqlənən 35 yaşlı futbolçu ümumilikdə 11-ci qolunu vurub.

Messi bu göstərici ilə yığmanın keçmiş üzvü Qabriel Batistutanı geridə qoyub.

Qeyd edək ki, Argentina millisi dekabrın 18-də keçiriləcək finalda Fransa - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən