Messi daha bir göstəricidə Maradonaya çatdı

 14:41 14.12.2022     277

Argentina millisinin kapitanı Lionel Messi daha bir göstəricidə əfsanəvi futbolçu Dieqo Maradonaya çatıb.

Redaktor.az xəbər verir ki, Messi Maradona kimi ikinci dəfə Argentina millisi ilə mundialların finalında iştirak etmək şansı qazanıb.

Messi və komandası 2014-cü ildə keçirilən dünya çempionatının finalında Almaniyaya uduzub - 0:1.

Maradonanın çıxış etdiyi dövrdə də Argentina yığması iki finaldan birində qalib, birində məğlub olub. 1986-cı ildə keçirilən mundialın finalında Almaniyaya 3:2 hesabı ilə qalib gələn Argentina mundialın qalibi olub. 1990-cı ildəki finalda isə 0:1 hesablı məğlubiyyət qeydə alınıb.