Qurban Qurbanovun oğlu Polşa klubunun hədəfində
"Qarabağ"ın hücumçusu Musa Qurbanlı ilə Polşa klubu yaxından maraqlanır.
Redaktor.az xəbər verir ki, "Poqon" klubu 20 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. Şetsin təmsilçisi qış transfer pəncərəsində Qurban Qurbanovun oğlunun keçidini reallaşdırmaq istəyir.
"Qarabağ" qış hazırlığı çərçivəsində yanvarın 13-də Polşanın "Poqon" komandası ilə yoxlama matçına çıxacaq.
Qeyd edək ki, Musa Qurbanlı cari mövsüm Premyer Liqada 11 qola imza atıb (Offsideplus.az) .












