Argentinanın dünya çempionatındakı rəqibi məlum oldu

 00:56 15.12.2022     867

Qətərdə keçirilən dünya çempionatında sonuncu finalçının adına aydınlıq gəlib.

Redaktor.az xəbər verir ki, yarımfinalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edən Fransa millisi həlledici qarşılaşmada Argentinaya rəqib olub.

Matçda hesab erkən qolla açılıb. 5-ci dəqiqədə Teo Ernandes komandasını önə keçirib. 79-cu dəqiqədə isə Randal Kolo Muani ikinci topu afrikalıların qapısından keçirməklə son nöqtəni qoyub.

Beləliklə, dekabrın 18-də oynanılacaq final görüşündə Argentina və Fransa kollektivləri üz-üzə gələcəklər. Bir gün öncə isə Mərakeş və Xorvatiya seçmələri 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.

Qeyd edək ki, Fransa yığması ardıcıl ikinci dünya çempionatında finala vəsiqə qazanıb. "Xoruzlar" 2018-ci ildə Rusiyada təşkil olunmuş mundialda da eyni uğura imza atıblar. Həmin vaxt finalda Xorvatiyaya qalib gələn fransızlar dünya çempionu olublar.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyununda hesab dəyişib.

Redaktor.az xəbər verir ki, Avropa təmsilçisi 79-cu dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib. "Xoruzlar"ın heyətində Randal Kolo Muani fərqlənib.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyununda ikinci hissə başlayıb.

Redaktor.az xəbər verir ki, ilk yarıdan sonra Avropa təmsilçisi hesabda öndədir - 1:0.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyununda ilk hissə başa çatıb.

Redaktor.az xəbər verir ki, Avropa təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 5-ci dəqiqədə Teo Ernandes vurub.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyununda erkən qol vurulub.

Redaktor.az xəbər verir ki, 5-cü dəqiqədə fərqlənən Teo Ernandes Avropa təmsilçisini hesabda önə keçirib.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyunu başlayıb.

Redaktor.az xəbər verir ki, "Əl Beyt" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyununda üz-üzə gələcək Fransa və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Fransa: Uqo Lyoris (K), Jül Kunde, İbrahima Konate, Yussuf Fofana, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Mərakeş: Yassin Bunu, Romen Saiss (K), Əşrəf Hakimi, Cavad El Yamiq, Sofyan Amrabat, Azeddin Unai, Nayef Agerd, Nussair Mazraui, Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.