Mbappenin zərbəsi azarkeşi yarımcan etdi

 23:21 14.12.2022     147

Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal matçından öncə kuryoz hadisə baş verib.

Redaktor.az xəbər verir ki, oyunöncəsi məşq zamanı Avropa təmsilçisinin futbolçusu Kilian Mbappenin qapıya vurmaq istədiyi top tribunada əyləşən fransalı azarkeşlərdən birinin üzünə tuş gəlib.

Zərbənin təsirindən huşunu itirən fanat bir müddət sonra özünə gəlib. Tərəfdara yaxınlaşan 24 yaşlı forvard etdiyi hərəkətə görə üzr istəyib.

Qeyd edək ki, hazırda ilk hissədi oynanılan Fransa - Mərakeş görüşündə "xoruzlar" 1:0 hesabı ilə öndədir. Yeganə qolu 5-ci dəqiqədə Teo Ernandes vurub.