"Messi tarixin ən yaxşı futbolçusudur və Dünya Kubokuna layiqdir" - Luka Modriç

 12:31 15.12.2022     497

"Ümid edirəm ki, Lionel Messi Dünya Kubokunu qazanacaq".

Redaktor.az xəbər verir ki, bunu Xorvatiya millisinin kapitanı Luka Modriç deyib.

"O, tarixin ən yaxşı futbolçusudur və Dünya Kubokuna layiqdir", - deyə xorvat futbolçu əlavə edib.

Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının yarımfinal mərhələsində Argentina millisi Xorvatiyanı 3:0 hesabı ilə məğlub edərək finala çıxıb. 

Dekabrın 18-də Argentina finalda Fransa ilə üz-üzə gələcək.

Turan İSMAYIL

 

22
Vumart və Güvən reklamı Vumart Güvən