DÇ-2022-nin ən yaxşı futbolçuları AÇIQLANDI

 14:55 15.12.2022     233

Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinin oyunlarından sonra turnirin ən yaxşı futbolçuları bəlli olub.

Redaktor.az xəbər verir ki, "goal" nəşrinin tərtib etdiyi yenilənmiş siyahıya Argentina millisinin futbolçusu Lionel Messi başçılıq edir.

Fransa yığmasından Kilian Mbappe ikinci, onun komanda yoldaşı olan Antuan Qrizman üçüncü pillədə qərarlaşıb.

İlk "5-liy"i Mərakeş seçməsindən müvafiq olaraq Sofyan Amrabat və Əşrəf Hakimi qapayır. Argentinalı Nikolas Otamendi 6-cı, onun həmyerlisi Xulian Alvares 7-ci, fransalı Olivye Jiru 8-ci, portuqaliyalı Brunu Fernandeş 9-cu, braziliyalı Rişarlison 10-cudur.

10 ən yaxşı oyunçudan səkkizi DÇ-2022-də medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, dekabrın 17-də Mərakeş və Xorvatiya komandaları üçüncü yer uğrunda görüşdə, dekabrın 18-də isə Argentina və Fransa milliləri finalda üz-üzə gələcəklər.