"Bir addımımız qalıb" - Messi
“Bu cür rekordlar yaxşıdır. Amma bizim komandamızın uğuru hər şeydən vacibdir".
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Argentina millisinin kapitanı Lionel Messi ölkə yığmasının keçmiş üzvü Qabriel Batistutanın mundiallarda 10 qollu rekordunu geridə qoymasına münasibət bildirərkən deyib.
"Ən gözəli dünya çempionu olmaqdır. Bir addımımız qalıb. Çox mübarizə apardıq və tam gücümüzlə əsas matça hazırıq”, - deyə ulduz futbolçu əlavə edib.
Xatırladaq ki, Lionel Messi Qətərdə keçirilən futbol üzrə dünya çempionatının yarımfinal oyununda Xorvatiya millisinin qapısından bir qol keçirib. Bununla da o, dünya çempionatlarında Argentina yığmasının heyətində 11-ci qolunu vurmaqla rekorda imza atıb.
Qeyd edək ki, Argentina finalda Fransa ilə qarşılaşacaq.
T.İSMAYIL












