Final oyununun hakimləri bəlli oldu - DÇ-2022

 21:26 15.12.2022     285

Qətərdə təşkil olunan dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyununun hakimləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.

Görüşün VAR hakimi isə Tomaş Kvyatkovski olacaq.

Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Argentina - Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.