Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi

 23:27 15.12.2022     183

Portuqaliya millisinin baş məşqçisi vəzifəsinə əsas namizəd müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bu, hazırda İtaliya "Roma"sına rəhbərlik edən Joze Mourinyodur.

59 yaşlı mütəxəssisin "canavarlar"la 2024-cü ilin yayınadək müqaviləsi var. Bu səbəbdən Portuqaliya Futbol Federasiyası təcrübəli baş məşqçi ilə yanaşı, Roma şəhərinin eyniadlı klubu ilə də razılığa gəlməlidir.

Mümkün variantlardan biri 2011-ci ildən U-21 yığmasının sükanı arxasında olan Rui Xorxenin cari mövsümün sonunadək əsas milliyə başçılıq etməsi, yayda isə Mourinyonun bu posta təyinat almasıdır.

Qeyd edək ki, Joze Mourinyo bunadək heç vaxt hansısa yığmaya rəhbərlik etməyib (report).