Üçüncü yer uğrunda matçın təyinatları açıqlanıb - DÇ-2022

 23:40 15.12.2022     438

Qətərdə təşkil olunan dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında keçiriləcək 3-cü yer uğrunda oyunun təyinatları açıqlanıb.

Redaktor.az xəbər verir ki, qarşılaşmanı Qətər Futbol Federasiyasından Əbdülrəhman Əl-Cassim idarə edəcək.

Yan xətt hakimləri Taleb Əl-Mari və Səud Əl-Maqali olacaqlar. Dördüncü hakim funksiyasını braziliyalı Rafael Klaus yerinə yetirəcək.

VAR sisteminə çilili Xuliyo Baskunyan nəzarət edəcək. Onun köməkçisi isə həmyerlisi Bruno Pires olacaq.

Qeyd edək ki, dekabrın 17-də keçiriləcək Xorvatiya - Mərakeş matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən