Messi mundialın finalını buraxacaq?

2022-ci il Dünya Çempionatının finalında Fransa ilə qarşılaşacaq argentinalı ulduz Lionel Messinin 15 dekabr tarixində keçirilən komanda məşqinə qatılmayıb.
Redaktor.az xəbər verir ki, məşqdən əvvəl sol arxa əzələsində ağrılar hiss edən 35 yaşlı ulduz ağrıları artdıqdan sonra məşq etməyib.
İspaniya və Argentina mətbuatında dərc olunan xəbərlərə görə, Messinin vəziyyəti yaxşıdır və final matçına hazır olacaq.
Xatırladaq ki, Messili Argentina və Mbappeli Fransa yığması 18 dekabr bazar günü Bakı vaxtilə saat 19:00-da Dünya Kubokunun finalında qarşılaşacaq.
Nərmin VÜQARQIZI