Ronaldo Avropa klublarına lazım deyil

 15:14 16.12.2022     406

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Avropa klublarının heç birinin maraq dairəsində deyil.

Redaktor.az xəbər verir ki, bunu tanınmış italiyalı insayder Canluka Di Marzio sosial şəbəkə səhifəsindəki paylaşımında bildirib.

Onun sözlərinə görə, 37 yaşlı hücumçunun yeganə variantı Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubudur: “Kriştianu Avropada qalmaq istəyirdi. Amma bu qitə klublarından ona təkliflər edən olmadı. Maliyyə ilə bağlı Ronaldonun Avropa klublarına lazım olacağına inanmıram”.

Qeyd edək ki, İngiltərə təmsilçisi “Mançester Yunayted”lə müqaviləsi ləğv edilən Kriştiano Ronaldo hazırda azad agent status daşıyır.

Vumart və Güvən reklamı Vumart Güvən