FIFA Zelenskiyə YOX DEDİ

FIFA Qətərdə keçirilən dünya çempionatının finalında Ukrayna Prezidenti Volodimir Zelenskinin sülhlə bağlı videomüraciətini yayımlamaqdan imtina edib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı futbol qurumundakı mənbəsinə istinadən “CNN” yayıb.
Mənbə bildirib ki, Zelenskinin ofisi oyundan əvvəl Qətərdəki stadionda azarkeşlərə video linkdə görünməyi təklif edib, lakin ona "yox" deyilib. Ukrayna tərəfi mənfi cavabdan təəccüblənib.
Zelenskinin mesajının canlı yayımlanacağı, yoxsa lentə alınacağı isə məlum deyil.
"Biz FİFA-nın öz platformasından daha səmərəli layihələr üçün istifadə etməyi düşünürük". deyə FİFA prezidenti Canni İnfantino Ukrayna tərəfinə cavabında qeyd edib.
Bununla belə, Ukraynanın FİFA rəhbərliyi ilə danışıları davam edir.
Qeyd edək ki, Kiyev dəfələrlə Ukraynadakı müharibəyə qlobal diqqəti cəlb etmək üçün mövzusundan asılı olmayaraq beynəlxalq tədbirlərdən istifadə etməyə çalışıb.
Zelenski "G20" sammitindən tutmuş "Grammy" və "Kann" Kino Festivalına qədər hər tədbirdə video-konfrans vasitəsilə görünüb.
Xatırladaq ki, dekabrın 18-də Argentina və Fransa milli komandaları dünya çempionatının final qarşılaşması baş tutacaq. Oyun Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Tunar Altunbay