Məşhur futbolçu vəfat etdi

İtaliya A Seriyasının məşhur məşqçisi, Serbiya milli komandasının sabiq oyunçusu Sinişa Mixayloviç vəfat edib.
Redaktor.az xəbər verir ki, o, 53 yaşında xərçəngdən dünyasını dəyişib.
Qeyd edək ki, O, 2019-cu ildən leykemiya ilə mübarizə aparırdı. 2021-ci ilin mart ayında Sinişa yeni bir kimyaterapiya kursu keçməli olduğunu bildirib.
Sinisa bu mövsümə 2019-cu ildən rəhbərlik etdiyi "Bolonya"nın baş məşqçisi kimi başlayıb. 2022-ci ilin sentyabrında səhhətinə görə vəzifəsini tərk edib.
Xatırladaq ki, Mixayloviç futbolçu karyerasına Serbiyada başlayıb, sonra İtaliyaya köçüb və burada məşhurlaşıb. O, “Roma”, “Latsio”, “İnter” və “Sampdoriya”nın şərəfini qoruyub.
Cərimə zərbələrindən vurduğu qolların sayına görə Mixayloviç A Seriyasının tarixində 28 qolla hələ də birinci yerdədir.
Futbolçu karyerasını başa vurduqdan sonra Sinişa məşqçi kimi karyerasına başlayıb.
O, “Milan”, “Fiorentina”, “Torino”, “Sampdoriya”, Serbiya millisinə və iki dəfə “Bolonya”ya rəhbərlik edib.
Tunar Altunbay