Ronaldinyodan dünya çempionatının finalı ilə bağlı PROQNOZ

 00:19 18.12.2022     275

Braziliya millisinin və "Barselona"nın keçmiş yarımmüdafiəçisi Ronaldinyo futbol üzrə dünya çempionatının final oyunu ilə bağlı proqnoz verib.

Redaktor.az-ın xəbərinə görə, idmançı bildirib ki, turnirin qalibi Argentina millisi olacaq.

“Lionel Messi Fransanı məhv edəcək. Finaldan sonra mütləq onun yanına gedib təbrik etmək istəyirəm. Hesab argentinalıların xeyrinə olacaq, dünya çempionatını qazanacaqlar”.

Ronaldinyo Messini əziz dost adlandırıb və həlledici görüş üçün ona enerjisinin bir zərrəsini verəcəyini vəd edib.

Messi 2005-ci ildən Argentina millisində çıxış edir. 2014-cü il dünya çempionatında argentinalılar gümüş medal qazanıb, 2018-ci ildə isə 1/8 finalda Fransaya uduzublar.

Argentina və Fransa arasında 2022-ci il dünya çempionatının finalı dekabrın 18-də keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Fransız futbolçular hazırkı dünya çempionlarıdır. (lent.az)