Messi yoxsa Mbappe - Bu gün mundialdan qızılla kim dönəcək?

 09:27 18.12.2022     408

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün qalib məlum olacaq.

Redaktor.az xəbər verir ki, dünya çempionatının həlledici görüşündə Argentina və Fransa yığmaları üz-üzə gələcəklər.

“Lusail” stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. “Üçrənglilər” DÇ-1998 və DÇ-2018-də də bu titula sahib çıxıblar.

Qeyd edək ki, Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə mundialın qalibi olub.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən