Benzema Makronun təklifini rədd etdi

 10:08 18.12.2022     428

“Real Madrid” klubunun və Fransa yığmasının hücumçusu Kərim Benzema Fransa və Argentina milli komandaları arasında keçirilən turnirin final oyununda iştirakla bağlı prezident Emmanuel Makronun dəvətini rədd edib.

Redaktor.az xəbər verir ki, o, prezidentin  təyyarəsində Dohaya getmək imkanı əldə edib. Buna baxmayaraq, Benzema Loran Blan, Zinəddin Zidan və Mişel Platininin addımlarını təkrarlayaraq bununla razılaşmadığını bildirib.

Benzema eyni zamanda bəyan edib ki, komandanı tam dəstəkləyir və onun titul qazanmasını istəyir.

Xatırladaq ki, məşhur futbolçu DÇ-2022-nin başlamasına bir neçə gün qalmış zədələnib və turnirdə iştirak edə bilməyib. 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən