Argentina növbəti dünya çempionudur
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.
Redaktor.az xəbər verir ki, finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.
Hesabı 23-cü dəqiqədə Cənubi Amerika təmsilçisi açıb. Penaltidən fərqlənən Lionel Messi komandasını önə çıxarıb. 36-cı dəqiqədə Anxel Di Mariya 2-ci topu avropalıların qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
80-ci dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirməklə buraxılan qollardan birinin əvəzini çıxıb. 24 yaşlı hücumçu cəmi 2 dəqiqə sonra tarazlığı bərpa edib. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.
109-cu dəqiqədə Messi özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Lakin məğlubiyyətlə barışmayan "xoruzlar" 108-ci dəqiqədə hesabı yenidən bərabərləşdiriblər. Mbappe 11 metrlik cərimə zərbəsindən het-trikini rəsmiləşdirib.
Matçın əlavə vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub.
Qeyd edək ki, Cənubi Amerika təmsilçisi daha əvvəl 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb.
***
Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda 2-ci əlavə hissəsi oynanılır.
Redaktor.az xəbər verir ki. 11 cərimə zərbəsini həyata keçirən Mbappe özünün və komandasının 3-cü qolunu vurdu.
***
Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda 2-ci əlavə hissəsi oynanılır.
Redaktor.az xəbər verir ki, Argentinanın kapitanı Lionel Messi 3-cü qolu Fransanın qapısından keçirdi.
***
Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda əlavə vaxtın 2-ci hissəsi başladı.
Redaktor.az xəbər verir ki, hesab hələ də 2-2-dir.
***
Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda əsas vaxt 2-2 hesabı ilə başa çatdı.
Redaktor.az xəbər verir ki, artıq əlavə vaxtın ilk hissəsi oynanılır.
***
Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ikinci hissədə hesab dəyişib.
Redaktor.az xəbər verir ki, Fransanın bombardiri Mbappe 79, 81-ci dəqilqələrdə ardıcıl iki qol ilə hesabı bərabərləşdirir.
***
Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.
Redaktor.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi 2:0 hesabı ilə qalib gəlir.
***
Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ilk hissə başa çatıb.
Redaktor.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi fasiləyə 2:0 hesabı ilə üstün yollanıb.
***
Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab dəyişib.
Redaktor.az xəbər verir ki, Cənubi Amerika təmsilçisindən Anxel Di Mariya 36-cı dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib.
***
Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyunda ilk qol vurulub.
Redaktor.az xəbər verir ki, Dembelenin cərimə meydançasında Di Mariyanı yıxması səbəbindən hakim Fransanı 11 metrlik cərimə zərbəsi ilə cəzalandırdı.
Komandanın kapitanı Messi bu şansı qolla nəticələndirdi.
Oyunun 24-cü dəqiqəsində Argentina 1-0 hesabla Fransadan öndədir.
***
Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.
Redaktor.az xəbər verir ki, oyunu stadiondan izləyənlərin arasında soydaşlarımz da var. Onlar Azərbaycan bayrağını dalğalandırırlar.
***
Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares
Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.












