Kilian Mbappe dünya çempionatlarının tarixinə düşdü

 15:09 19.12.2022     636

Fransa millisinin futbolçusu Kilian Mbappe dünya çempionatları tarixində yeni rekorda imza atıb.

Redaktor.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu buna Qətərdə keçirilmiş mundialda nail olub.

Argentina seçməsinə qarşı final matçında het-trik edən forvard həlledici görüşlərdə ən çox fərqlənən oyunçu adına sahib çıxıb.

2018-ci ildəki turnirin həlledici qarşılaşmasında bir qola imza atan Mbappe ümumilikdə finallarda 4 qola imza atıb. Hücumçu həmyerlisi Zinəddin Zidan, ingiltərəli Ceff Hörst, braziliyalı Pele və Vavanı geridə qoyub.

 

 

 

 

Futbolçu

Ölkəsi

Qollar

Mundial

 

 

 

 

Kilian Mbappe

Fransa

4

2018(1), 2022(3)

Vavá

Braziliya

3

1958(2), 1962(1)

Ceff Hörst

İngiltərə

3

1966(3)

Pele

Braziliya

3

1958(2), 1970(1)

Zinəddin Zidan

Fransa

3

1998(2), 2006(1)