Mbappe məğlubiyyəti həzm edə bilmir: "Biz qayıdacağıq!"- FOTO
Dekabrın 18-də dünya çempionatı tarixində 22-ci final matçı baş tutdu, Argentina millisi Fransanı penaltilər seriyasında məğlub etdi. Finalda het-trik edən Fransanın ulduz futbolçusu Kilian MbappeArgentinaya məğlubiyyətlə bağlı ilk dəfə reaksiya verib.
Redaktor.az xəbər verir ki, Mbappe tvitində "Biz qayıdacağıq" yazıb.
Qeyd edək ki, şəxsən Mbappe 2022-ci il dünya çempionatını əla nəticə ilə başa vurub.
23 yaşlı hücumçu turnirdə 8 qol vuraraq dünya çempionatının bombardiri olub.
2018-ci il dünya çempionatında futbolçu Fransa komandası ilə birlikdə dünya çempionu olub.
23 yaşında Kilian Mbappenin hesabında mundiallarda vurulmuş 12 qol var.
Bu göstərici üzrə rekordçu mundialda 16 qol vuran Almaniya millisinin əfsanəvi eks-hücumçusu Miroslav Klozedir.
PSJ-nin forvardı 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək növbəti dünya çempionatında Klozenin rekordunu təzələməyi düşünür.
Mbappe Fransa millisində 66 oyuna çıxıb və 36 qol vurub.
Tunar Altunbay
.png)












