Messi “İlin idman ulduzu” seçildi

 09:23 20.12.2022     385

PSJ klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi "BBC" telekanalının təqdim etdiyi "İlin idman ulduzu" mükafatına layiq görülüb.

Redaktor.az xəbər verir ki, bu mükafat il ərzində dünya səhnəsində ən diqqətəlayiq idman uğuru əldə etmiş idmançıya verilir.

35 yaşlı argentinalı karyerasında ilk dəfə bu mükafatı qazanıb. Messi 1960-cı ildən bəri təqdim edilən mükafatı alan beşinci futbolçudur.

Vumart və Güvən reklamı Vumart Güvən