Messidən yeni dünya REKORDU

Qətərdə keçirilən futbol üzrə dünya kubokunu qazanan Argentinanın kapitanı Lionel Messinin paylaşımı instaqramda ən populyar post olub.
Redaktor.az xəbər verir ki, futbolçunun 59 milyondan çox bəyənmə alan bu paylaşımı instaqram tarixində ən çox bəyənilən yumurta şəklinin bəyənmə sayını ötüb.
Xatırladaq ki, Argentinanın penaltilər seriyasında Fransa üzərində qələbə qazanmasından sonra PSJ-nin ulduzu instaqramda Qətərdə keçirilən bayram şənliyindən 10 şəkil paylaşaraq ailəsinə və ona dəstək olanlara təşəkkür edib.
Nərmin VÜQARQIZI

