Heydər Əliyev adına İdman-Konsert Kompleksi kommersiya qurumuna çevrilir

 17:27 20.12.2022     126

Heydər Əliyev adına İdman-Konsert Kompleksi təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.

Redaktor.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksi 1976-1990-cı illərdə inşa edilib, Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biridir. Obyekt istifadəyə verildikdən 25 il sonra - 2015-ci ildə yenidən qurulub.