Argentina millisi Vətəndə izdihamla qarşılandı, helikopterlə təxliyə edildi - FOTO

 00:45 21.12.2022     220

Qətərdən dünya kuboku ilə qayıdan Argentina millisinin üzvləri Buenos Ayres küçələrində izdihamla qarşılanıb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, milyonlarla insan Lionel Messi və komanda yoldaşlarını alqışlamaq üçün paytaxt küçələrinə axışıb.

Avtobus təyinat yerinə doğru hərəkət edərkən təhlükəsizlik əməkdaşları onu dayandırıb və AFA prezidenti avtobusun daha çox hərəkət etməsinə icazə verilmədiyini bildirib. Argentina hakimiyyəti azarkeş izdihamı yaranması səbəbindən milli komandanın futbolçularını helikopterlə təxliyə edib.

Oyunçular helikopterlərlə Plazanın üstündən uçaraq qələbə dövrələrini tamamlayıblar.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının finalında Argentina Fransanı məğlub edərək 36 ildən sonra yenidən dünya kubokunu qazanıb. Bu, Argentinanın sayğa üçüncü dünya çempionluğudur.

Turan İSMAYIL

222222