Messi və Lyoris mundialların rekordunu təkrarlayıb

 09:00 21.12.2022     371

Fransa millisinin qapıçısı Uqo Lyoris və Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatlarının rekordunu təkrarlayıblar.

Redaktor.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçu buna Qətərdəki mundialın final oyununda iştirak etməklə nail olub.

İkinci dəfə həlledici matça kapitan kimi çıxan Lyoris və Messi daha əvvəl bunu bacaran üç oyunçuya çatıb.

         
  Futbolçu Ölkəsi Finallar  
         
  Karl-Haynts Rummenigge Almaniya 2 1978, 1982
  Dieqo Maradona Argentina 2 1986, 1990
  Dunqa Braziliya 2 1994, 1998
  Lionel Messi Argentina 2 2014, 2022
  Uqo Lyoris Fransa 2 2018, 2022

Qeyd edək ki, Argentina millisi Qətərdəki dünya çempionatının finalında Fransa millisinə qalib gəlib.