2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

 09:08 21.12.2022     389

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Redaktor.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, siyahıda 20 futbolçu yer alıb.

Namizədlər oyunçuların il ərzindəki göstəricilərinə əsasən seçilib. Qətərdə keçirilən dünya çempionatı da nəzərə alınıb. Qalib 2023-cü ilin yanvarında səsvermə nəticəsində bəlli olacaq.

İlin ən yaxşısı adına namizədlər aşağıdakılardır:

Futbolçu

Ölkəsi

Klubu

Kilian Mbappe

Fransa

PSJ

Antuan Qrizmann

Fransa

“Atletiko”

Olivye Jiru

Fransa

“Milan”

Kərim Benzema

Fransa

“Real”

Luka Modriç

Xorvatiya

“Real”

Marselo Brozoviç

Xorvatiya

“İnter”

Fil Foden

İngiltərə

“Mançester Siti”

Harri Keyn

İngiltərə

“Tottenhem”

Bruno Fernandeş

Portuqaliya

“Mançester Yunayted”

Kevin De Bruyne

Belçika

“Mançester Siti”

Robert Levandovski

Polşa

“Bavariya”/“Barselona”

Erlinq Haaland

Norveç

“Borussiya” Dortmund/“Mançester Siti”

Lionel Messi

Argentina

PSJ

Vinisyus Junior

Braziliya

“Real”

Alfonso Deyvis

Kanada

“Bavariya”

Əşrəf Hakimi

Mərakeş

PSJ

Nordin Amrabat

Mərakeş

“Fiorentina”

Sadio Mane

Seneqal

“Liverpul”/“Bavariya”

Məhəmməd Salah

Misir

“Liverpul”

Son Hın-Min

Cənubi Koreya

“Tottenhem”

Xatırladaq ki, 2021-ci ilin ən yaxşı futbolçusu hazırda "Barselona"da çıxış edən Robert Levandovski seçilib.