"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

 15:06 21.12.2022     171

İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin Qalibləri - 2022" layihəsi üzrə "Qızıl onluq" adlı mükafatlandırma mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə müxtəlif nominasiyalar üzrə 54 KİV-i təmsil edən idman jurnalistləri arasındakı sorğunun nəticələri açıqlanıb.

Eyni zamanda, İAM-ın xüsusi mükafatı təqdim edilib.

Qaliblər bunlardır:

Nominasiyalar üzrə

İlin İdman Xadimi - Fərid Qayıbov (Gənclər və idman naziri)
İlin Əcnəbi Futbolçusu - Kadi Borges ("Qarabağ")
İlin Futbolçusu - Emin Mahmudov ("Neftçi")
İlin İdmançısı - Eldəniz Əzizli (Yunan-Roma güləşçisi), Gövhər Beydullayeva (şahmatçı - qadınlar arasında)
İlin Komandası - "Qarabağ", minifutbol üzrə Azərbaycan yığması (milli komandalar arasında)
İlin Məşqçisi - Qurban Qurbanov ("Qarabağ")
İlin İdman Yarışı - Yunan-Roma güləşi üzrə Dünya Kuboku

Xüsusi mükafat
Kütləvi idman baxımından İlin Fəal Federasiyası - Azərbaycan Minifutbol Federasiyası