Laporta Messini "Barselona"ya qaytarmaq istəyir

 20:08 21.12.2022     434

"Barselona"nın prezidenti Xoan Laporta yaxın günlərdə Lionel Messi ilə danışacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Sport Eksklüziv" nəşri yazıb.

Məlumata görə, Laporta 2023-cü ildə PSJ ilə müqaviləsi bitəcək futbolçu ilə aranı düzəltmək niyyətindədir.

"Bu, onun "Kamp Nou"ya qayıdışını təmin etmək üçün vacib addımlardan biri sayılır. Maliyyə cəhətdən bu keçidin demək olar ki, mümkünsüz olmasına baxmayaraq, Laporta təslim olmaq istəmir və var gücü ilə Messiyə layiq olan münasibəti göstərməyə qərarlıdır", - deyə xəbərdə bildirilib.

Qeyd edək ki, hazırda Fransanın PSJ klubunda çıxış edən Lionel Messi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Argentina millisi ilə Dünya Kubokunu qazanıb.

Turan İSMAYIL