FIFA Messi ilə bağlı paylaşımı sildi
Beynəlxalq Futbol Federasiyası (FIFA) sosial şəbəkələrdə Lionel Messinin tarixin ən böyük futbolçusu adlandıran paylaşımı silib.
Redaktor.az-ın məlumatına görə, buna səbəb portuqaliyalı Kriştiano Ronaldonun bir çox fanatlarının paylaşımın altına mənfi şərhlər yazmasıdır.
Qeyd edək ki, Argentina millisi Qətərdəki dünya çempionatının finalında Fransa millisinə qalib gələrək üçqat dünya çempionu olub.












