Messi PSJ-də qalacaq?
Son dünya çempionu Argentina millisinin kapitanı Lionel Messi PSJ-də qalacaq.
Redaktor.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
35 yaşlı hücumçu Paris təmsilçisinin rəhbərliyinə söz verib ki, gələn ilin iyununda başa çatacaq müqaviləni ən azı 2024-cü ilin yayına qədər uzadacaq.
PSJ rəhbərliyi ilə futbolçunun agentləri arasında danışıqlar təxminən 3 aya yaxın davam edib və tərəflər arasında tam razılıq dekabrın əvvəlində, Qətərdə keçirilən dünya çempionatı vaxtı əldə olunub.
Qeyd edək ki, "Barselona" prezidenti Xoan Laportanın Messi ilə görüşüb onu "Kamp Nou"ya qaytarmaq istədiyi barədə məlumat yayılıb. Argentinalının PSJ ilə müqaviləsi 2023-cü ilin yayında bitir.
T.İSMAYIL












