FIFA-nın sabiq prezidenti futbolu limonla müqayisə etdi

 10:41 24.12.2022     344

FIFA-nın sabiq prezidenti Yozef Blatter futbolu limonla müqayisə edib.

Redaktor.az xəbər verir ki, keçmiş funksioner bu barədə "Reuters"ə açıqlamasında deyib.

O, futbolun həddindən artıq kommersiyalaşdırılmasından narazı qaldığını bildirib: "Futbolu da limon kimi daha çox sıxmağa cəhdlər edilir. Buna misal olaraq FIFA-nın yığmalar və klublararası dünya çempionatlarını 48 komandanın iştirakı keçirmək ideyasını göstərə bilərəm".

Eyni zamanda, Blatter xatırladıb ki, FIFA-nın klub futboluna heç bir aidiyyatı yoxdur.

Vumart və Güvən reklamı Vumart Güvən