"Qarabağ" qələbə qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turu çərçivəsində "Qarabağ" "ASCO Arena"da "Səbail"in qonağı olub.
Redaktor.az xəbər verir ki, qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xallarını 50-yə çatdıran "Qarabağ" ilk pillədəki mövqeyini möhkəmləndirib. 10 xalı olan "Səbail" isə qış fasiləsinə sonuncu - 10-cu sırada yollanıb.












