Messi Fransaya gec qayıdacaq

 11:47 25.12.2022     399

Argentina millisinin futbolçusu Lionel Messi Qətərdəki dünya çempionatından sonra Fransanın PSJ komandasının ilk oyununu buraxa bilər.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı hücumçu DÇ-2022-nin qalibi olduqdan sonra vətənindədir.

Təcrübəli oyunçu mundialdakı uğuru qeyd etmək niyyətindədir, Paris təmsilçisi isə onu tələsdirmək istəmir. Messinin ilin sonunadək Fransaya qayıdacağı gözlənilir.

Qeyd edək ki, PSJ Liqa 1-in XVI turunda dekabrın 28-də "Strasburq"la üz-üzə gələcək.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən