“Əl-Nəsr” Ronaldonu tibbi baxışdan keçirəcək
Səudiyyə Ərəbistanının "Əl Nəsr” klubu Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldonun tibbi müayinədən keçmə tarixini müəyyənləşdirib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyəlilər artıq futbolçu və onu müşayiət edənlər üçün yaşayış yerləri sifariş edib və qış transfer pəncərəsi açılana qədər müqaviləni tamamlamaq niyyətindədirlər.
Əgər Ronaldo “Əl-Nəsr”lə müqavilə imzalamağa razı olarsa, o zaman mətbuatın yazdığına görə, o, ildə təxminən 200 milyon avro alacaq.












