Karlsen yenidən dünya çempionu oldu 

 23:36 28.12.2022     241

Norveçli şahmatçı Maqnus Karlsen Qazaxıstanın paytaxtı Alma-Atada keçirilən sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.

Redaktor.az xəbər verir ki, klassik şahmat üzrə dünya çempionu 13 tur çərçivəsində 10 xal toplayıb.

Bütün turnir ərzində o, rusiyalı qrossmeyster Vladislav Artemiyevdən bir məğlubiyyət alıb, səkkiz qələbə qazanıb və dörd dəfə heç-heçə edib.